Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə vermişdir

17 oktyabr 2020 | 16:00

   Belə ki, müsahibədə dövlət başçısı,  Ermənistanın  döyüş meydanında məğlubiyyətə uğrayaraq çirkin əməllərə əl atdığını konkret faktlarla izah etmişdir. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərməyin isə  onlar üçün adi bir şey olduğu bildirilməklə  Azərbaycan xalqının bunu Xocalı soyqırımının timsalında gördüyü vurğulanmışdır.
   Müsahibədə dövlət başçısı bununla Ermənistanın münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istədiyi bildirilir.  Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tutması və ordumuzu  cavab atəşinə təhrik etmələri ətraflı izah olunmuşdur.
Ölkə Prezidenti haqlı olaraq bildirir ki, bu, Ermənistanın növbəti terror aktıdır. Ancaq bu terror aktının Azərbaycan xalqının iradəsini qıra bilməyəcəyi,  Azərbaycanın  düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacağı, torpaqlarımızı azad edəcəyi və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracağı qətiyyətlə bildirilməsi ölkə vətəndaşlarının hər birini bu istiqamətdə səfərbər etmişdir. 
Dövlət başçısının müsahibəsində Türkiyənin hər zaman olduğu kimi, bir daha bu məsələ ilə bağlı Azərbaycanı açıq və birmənalı dəstəklədiyini, qardaş ölkənin hər an yanımızda olmasının əyani göstəricisi kimi dəyərlənirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və digər yüksək səviyyəli vəzifəlilərin açıqlamalarını bir daha qardaşlıq mövqeyinin təzahürü kimi qiymətləndirilmişdir.
Eyni zamanda müsahibədə Pakistanın  Azərbaycanın haqq işini dəstəklədiyi,  məsələ ilə bağlı Pakistan və onun Baş Naziri çox böyük həmrəylik göstərərək çox müsbət açıqlama verməsinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyi bildirilmişdir.
Ölkə Prezidenti müsahibəsində  atəşkəs vəziyyətinə diqqət çəkərək  bu vəziyyət imkan verəcək ki, bu məsələ artıq hərbi müstəvidən siyasi müstəviyə, diplomatik müstəviyə keçsin. Həmçinin vurğulanır ki, atəşkəs imkan verəcək ki, bu məsələ diplomatik müstəvidə danışıqlar masası arxasında həll olunsun. Ermənistan hələ də işğal altında olan digər torpaqlardan çəkilsin, Azərbaycan vətəndaşları oraya qayıtsın və sülh yaransın.
Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində mənfur  Ermənistanın planlarını açaraq onların  bu atəşkəsdən istifadə edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda biləcəklərini,  vaxt qazanaraq  yeni qüvvələr səfərbər edəcəklərini,  beləliklə, Azərbaycana qarşı hücumları davam etdirə biləcəklərini düşündükləri ətraflı izah edilmişdir.  Amma yenə də onlar  yanıldılar, çünki Azərbaycanın haqq işinin qarşısını heç bir  qüvvə ala bilməyəcədir .
Dövlət başçısının müsahibəsində  Moskva anlaşmasında Azərbaycanın maraqlarına cavab verən maddələr qane edici olduğu bildirilməklə,  Moskva müzakirələrinin uzun çəkməsinin səbəbinin isə  Azərbaycan üçün  məqbul olmayan bəzi maddələr o açıqlamaya salınması idi. Lakin nümayəndə heyətinin  əvvəlcədən bundan xəbərsiz olmasına baxmayaraq  mütəmadi aparılan müzakirələr nəticəsində qəbul edilən müddəalar ölkəmiz üçün məqbul oldu ki, bu da Azərbaycan diplomatiyasının növbəti təntənəsi idi.
Ölkə başçısının müsahibəsində təqvimlə əlaqədar mövqeyin bir qədər yumşaldıldığı bildirilsə də bunun təqvim olmayacağına dəlalət etmədiyi bir daha vurğulanmışdır. Artıq bu prosesin müzakirə ərçivəsində baza prinsipləri, yəni Madrid prinsipləri əsasında bərpa edilir ki, o da işğal altındakı torpaqlarımızın Azərbaycana qaytarılmasını təsbit ediyi bildirilmişdir.
Müsahibədə həmçinin bildirilir ki, danışıqlar formatı dəyişməz olaraq qalır. Yəni, danışıqlar Ermənistan və Azərbaycan arasında aparılacaq. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın hər hansı bir nümayəndəsinin bu danışıqlarda iştirakı müzakirə mövzusu ola bilməz.
Həmçinin müsahibədə haqlı olaraq o da vurğulanır ki, Ermənistanın hazırda göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərlidir. Çünki birinci növbədə heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq. Belə olan halda, bu cəhdlər səmərəsiz qalacağı hər kəsə aydındır.
Dövlət başçısı müsahibəsində qeyd edir ki,  Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınmışdır. Minsk qrupuna həmsədrlik edən ölkələr, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Avropa İttifaqı ilə “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir. Yəni, Dağlıq Qarabağın müstəqilliyinin hər hansı bir ölkə tərəfindən tanınması məsələsi heç bir beynəlxalq hüquqa sığmır və inandırıcı deyildir. 
Ölkə başçısının müsahibəsində məsələnin həlli ilə bağlı Madrid  prinsiplərinə aydınlıq  gətirilərək birinci mərhələdə işğal olunmuş rayonlardan erməni silahlı qüvvələrinin çıxarılmasının nəzərdə tutulduğu bildirilir.  Qeyd olunur ki, artıq bu məsələ  Minsk qrupu çərçivəsində təsbit edilib, - beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağlıq Qarabağın özündən, Şuşadan, Xankəndidən, - orada bir çox kəndlərdə azərbaycanlılar yaşayıb, - Azərbaycan vətəndaşları oraya qayıdır və Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir. Bununla da  yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində tərəflərin  sülhə daha da yaxınlaşdığı izah edilir.
Qarabağda yaşayan ermənilərlə əlaqədar dövlətimizin mövqeyinə aydınlıq gətirən dövlət başçısı burada hər hansı  dəyişiklik olmadığını bildirir. Belə ki, Azərbaycanın  çoxmillətli dövlət olmaqla ölkəmizin  müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşadığı, onların Azərbaycan  vətəndaşı olduğu bildirilmişdir. Həmçinin ölkəmizdə bir çox millətlər yaşayır və bu, ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmaması onlara bəyan edilərək əksinə onların canını o kriminal xunta rejimindən qurtarandan sonra  daha yaxşı, daha güvənli, daha təhlükəsiz şəraitdə yaşayacaqları və rifahlarının  daha da artacağı bildirilmişdir.
Müsahibədə hər bir müharibənin  sülh ilə nəticələndiyi bildirilməklə  müharibədən sonrakı mərhələyə də nəzər yetirilərək, əgər hər iki tərəfdə güclü siyasi iradə olarsa və beynəlxalq təşkilatlar bu məsələdə kömək edərsə, tərəflər arasında əbədi sülhə  nail olmaq mümkün olacacağı bildirilmişdir. Bu proses o qədər də asan olmasa da, buna nail olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyi bildirilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyev müsahibəsində haqlı olaraq bildirir ki, bu gün Azərbaycan tam başqa bir ölkədir! Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişibdir. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir. Dövlətimizin güclü iradəsi var, güclü ordumuz var.
Dövlət başçısı müsahibəsində qətiyyətlə qeyd olunması ki,  düşmənin xain hücumları zərrə qədər də yolumuzdan döndərə bilməz! Ermənistanın digər bir məqsədi Azərbaycanı dayandırmaqdır. Onlar zənn edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Heç kim dayandıra bilməz. Çünki haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik! Kimi fikirləri bütün xalqımızda yüksək əhval – ruhiyyə yaratmaqla ordumuzda döyüşmək  əzmini daha da artırır.
Dövlət başçısı müsahibəsində birmənalı olaraq qeyd etməsi ki, icazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını torpağımıza göndərə bilməz! Sülhməramlıların bölgəyə göndərilməsi hər iki ölkənin - Ermənistanın və Azərbaycanın razılığı əsasında olmalıdır. Əgər hər hansı bir ölkə veto qoyarsa, təbii ki, bu, olmayacaq. İkinci məsələ ondan ibarətdir ki, hər kəs anlamalıdır bu gün sülhməramlıların göndərilməsi deyəndə Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən söhbət gedir. İcazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını torpağımıza göndərə bilməz. Bu, qanuna ziddir. Bu, beynəlxalq hüquqa ziddir. Bu, qəbuledilməzdir! Fikirləri bütün Azərbaycan vətəndaşları kimi laçınlılar tərəfindən də dəstəklənərək ölkə prezidenti  ətrafında daha da sıx birləşdirir.
Sülhməramlılarla bağlı məsələyə aydınlıq gətirən dövlət başçısı bunun  ən son mərhələdə nəzərdə tutulduğunu qeyd etmişdir. Yəni, ilk növbədə, torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, sərhədlərin açılması, nəqliyyat və ticarət əlaqələrinin qurulması lazımdır. Ondan sonra sülhməramlıların gətirilməsi də istisna deyil. Ancaq nəzərə alsaq ki, bu 30 illik müzakirə müddətində müsbət nəticəyə yaxınlaşmadıq və bu məsələ heç müzakirə də olunmayıb. Ona görə bu məsələ ilə bağlı hər hansı bir fərziyyə, istək ola bilər. Ancaq Azərbaycanın razılığı olmadan bu, mümkün olmadığı bir daha vurğulanmışdır.
  Minsk qrupunun tərkibi dəyişdirilməsi məsələsi ilə bağlı müsahibəsində ölkə Prezidenti bildirmişdir ki,  Minsk qrupu 1992-ci ildə yaradıldığı, buna hansı əsaslar səbəb oldu bilinməddiyi qeyd olunur. Lakin o qrupda elə ölkələr var ki, heç bu bölgə ilə maraqlanmırlar. Heç bu bölgədə onların hər hansı maraqları və  təsirinin olmadığı təəssüflə qeyd olunur.
Həmçinin dövlət başçısı haqlı olaraq  de-yure ya da de-fakto Türkiyə masada olmasına aydınlıq gətirərək qardaş Türkiyəni bu prosesdə olacağını alqışladığını bildirir. Həmçinin qeyd olunur ki,  Minsk qrupu ATƏT tərəfindən qurulmuşdur və ATƏT-in öz qaydaları var. O qrupun tərkibinin dəyişdirilməsinin yəqin ki, hüquqi prosedurları var. De-yure ya da de-fakto, fərq etməz. Əsas odur ki, Türkiyə bu masada olsun. Onsuz da var olması ölkəmiz üçün çox əhəmiyyətlidir.
Dövlət başçısının müsahibəsində  Ermənistan Baş naziri Nikol  Paşinyanla bağlı fikirləri xüsusi maraq kəsb edir. Belə ki, Paşinyanın    özünü itirərək  panikaya düşməsi, onun Rusiyanın Prezidenti hörmətli Vladimir Putinə bir gündə dəfələrlə zəng etməsi,  bu  telefon zənglərinin bir hissəsinin  mətbuata verildi, bir hissəsi isə verilmədi. Son atəşkəsdən sonra da Paşinyan Putinə telefonla zəng etmişdir. Onun bu hərəkətləri, əlbəttə, göstərir ki, bu adam panikaya qapılıb, təşviş içindədir, özünü itirib. Azərbaycan Ordusu döyüş meydanında düşmənə elə sarsıdıcı zərbələr endirir ki, artıq onlar qeyri-adekvat duruma düşüblər.
Müsahibəsində ölkə başçısı Türkiyənin hərbi əməliyyatlarda iştirakı barədə məsələyə aydınlıq gətirərək Türkiyənin burada iştirakı, yaxud da ki, hansısa xarici güclərin buraya gətirilməsinin tamamilə yalan olduğunu bildirir. Həmçinin   Türkiyə F-16-ları ilə bağlı qeyd olunur ki, onlar təlim zamanı gəlmişdilər, təlimdən və erməni hücumlarından sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyil. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir insan bu savaşda iştirak etmir. O ki qaldı, əcnəbi insanlara, o da yalandır. O, atılan iftiradır, böhtandır. Onların bütün bunları sübut etməyə bir dənə də faktı yoxdur.
Bununla yanaşı müsahibəsində Azərbaycandan fərqli olaraq  Ermənistanda əcnəbi terrorçuların olduğu bildirən cənab Prezident,  orada  PKK-nın düşərgələri olmaqla , o cümlədən Dağlıq Qarabağda PKK-nın düşərgələri olduğunu bildirmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, bölgə işğalçılardan təmizləyəndən sonra Dağlıq Qarabağdakı düşərgələri də məhv edəcəkdir.  Başqa ölkənin vətəndaşının  gəlib Azərbaycana qarşı müharibə aparırır ki, bunlarında  muzdlular olduğu konkret faktlar əsasında bildirilmişdır.
Ölkə başçısı müsahibəsində   Türkiyənin  qardaş ölkə kimi Azərbaycana hərbi yardım etdiyini, bu ölkədən  hərbi texnika alındığı bununla yanaşı başqa ölkələrdən, Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Sevindirici haldır ki, Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi vardır.
Hərb meydanında son iki həftə ərzində Ermənistanın 200-dən çox tankı məhv edildiyinə diqqət çəkən dövlət başçısı, Erməni ordusuna çox böyük zərər vurulduğunu, 33 tank qənimət götürüldüyünü, həmçinin  hava hücumundan müdafiə sistemləri – OSA-35 məhv edildi. 200-dən çox tank, 2 “S-300” hava hücumuna qarşı qurğu, bir çox başqa texnika sıradan çıxarıldığını,  TOR, KUB, KRUQ, yük avtomaşınları, tank əleyhinə silahların məhv edildiyini bildirməklə, əgər hamısını hesablasan, ancaq məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar dəyərində olduğunu bildirmişdir.
Müsahibəsində dövlət başçısı, Ermənistan sürətlə silahlandığını bildirərək qeyd etmişdir ki, Tovuz bölgəsində toqquşmadan sonra, iyulun 16-da münaqişə dayandırıldı. Lakin   iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıdı. Rusiyanın Ermənistanda hərbi bazası var, 5 min əsgər var orada. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri mühafizə edirlər.
Tovuz bölgəsində iyul ayında baş vermiş toqquşmaların səbəblərinə diqqət çəkən dövlət  başçısı həmin ərazidə keçən beynəlxalq  boru xəttinə yaxınlaşaraq  onu nəzarət altına almaq Ermənistanın əsas məqsədlərindən olmuşdur. Məhz elə ona görə onlar ərazimizə girib yeni torpaqlar işğal etmək istəyirdilər. Ancaq bunun acı nəticəsini yaşadılar.
Müsahibəsində hər bir rəhbər, hər bir idarəçi təcrübəyə malik olmalıdır fikrinə münasibət bildirən dövlət başçısı, biliklər öz yerində, təcrübə, idarəetmə təcrübəsi vacibliyini vurğulayaraq, indi bəzi ölkələrdə hakimiyyətə gəlmiş insanların heç bir təcrübəsi olmadığını təəssüflə bildirir. Nikol Paşinyanın isə  küçədən gələn bir adam olduğunu,  Ermənistanı fəlakətə apararaq orda faktiki  diktaturanın  tamamilə hökm sürdüyünün acı həqiqət olduğunu bildirir.
Ölkə başçısı Ermənistanın  Beynəlxalq müstəvidə, ənənəvi müttəfiqlərlə problem yaşandığını bildirərək,  Rusiya ilə, Belarus ilə, digər ənənəvi müttəfiqlərlə problem yaratdığını qeyd etmişdir. İndi Paşinyanın ən çox ümid bəslədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Təşkilatın nizamnaməsində yazılıb ki, əgər hər hansı bir ölkəyə xaricdən hücum olarsa digər ölkələr bunun gərək canını qurtarsın.
Ölkə Prezidenti müsahibəsində  Sorosun  Paşinyanı idarə etdiyinin açıq həqiqət olduğunu bildirərək Ermənistanda baş vermiş bu hadisələrin isə  Sorosun növbəti məğlubiyyəti olduğunu bildirmişdir.
Dövlət başçısı müsahibəsində evləri dağılmış insanların problemlərinin  həll ediləcəyini, bildirərək heç kəsin  narahat olmamasını, bu məsələnin  mütləq həll ediləcəyini qeyd edərək  bunun ciddi  nəzarətdə olacağını vurğulamışdır.
Müsahibəsində bu məsələyə bir daha diqqət çəkən dövlət başçısı  Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu bir daha göstərir. Belə ki, vətəndaş deyir ki, evim də batsın, malım da batsın, təki Qarabağ alınsın və hamımız bu amalla yaşayırıq. Bu nisgili, bu həsrəti 30 ildir yaşayırıq, 30 il. Buna son qoyulmalı idi, yoxsa yox? Buna son qoyuruq və qoyacağıq deyən dövlət başçısı xalqımızı bir daha buna əmin etmişdir.
Cənab Prezident müsahibəsində qeyd edir ki, indiki mərhələdə yalnız irəli getməliyik. Ermənistana bir daha son şans verdik, amma atəşkəsə razı olmaya da bilərdik. Kim məcbur edə bilərdi?! Heç kim. Bunu etdik ki, bu tərəfdən də, o tərəfdən də insanlar ölməsinlər deyə bildirən  ölkə başçısı   onların da yazıq olmasına diqqət çəkərək  burada da insan itkisinin az olmasının vacibliyini bildirmişdir.
Müsahibədə ölkə başçısı qeyd edir ki, oraya sülh yolu ilə qayıtmaq əsas məqsədlərimizdən olduğunu bildirmişdir. Çünki bu nisgillə yaşadığımız üçün istəyirik ki, oraya qayıdaq, ancaq sülh yolu ilə. Ona görə Ermənistana şans verildi, atəşkəsi qoru, onu pozma, masa arxasına otur, bu məsələni həll et, torpaqlarımızı xoşa-xoşluqla qaytar.
- Azərbaycan ilə hesablaşacaqlar.Dövlət başçısı müsahibəsində onu da xüsusilə vurğulamışdır ki, onsuz da müəyyən regional məsələlərdə Azərbaycanın rolu çox önəmlidir, bundan sonra  o daha da artacaqdır. Eyni zamanda  Türkiyə-Azərbaycan birliyinin bundan sonra da  daha da möhkəmlənəcəyini bildirən cənab Prezident bunun həm Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıdığını bildirmişdir.
Çünki Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirəcəyini vurğulayan ölkə başçısı Türkiyənin bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynadığını, Prezident Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstəyin  sabitliyi qoruduğunu bildirmişdir. Bəzilərinin  bəlkə də bunu anlamadığını bildirən dövlət başçısı, əgər o sözlər olmasaydı, əgər deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışardı deyərək bu qardaşlığın əhəmiyyətini ətraflı izah etmişdir.
Müsahibə zamanı ölkə Prezidenti cənab İlham Əliyevin daha  8 kəndimizin  düşmən işğalından azad olunduğunu bildirməsi ümumxalq sevincinə səbəb olmuşdur. Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı deyə qeyd edən dövlət başçısı rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad etdiyini bildirmişdir.  Eşq olsun Azərbaycan Ordusuna!

Keçidlər