Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar növbəti ağacəkmə iməciliyi keçirdilər

06 fevral 2021 | 16:00

    Ölkəmizdə davamlı olaraq həyata keçirilən ağacəkmə təşəbbüsünə böyük həvəslə qoşulan laçınlılar 06.02.2021-ci il tarixdə Ağcabədi rayonu Taxta Körpü ərazisində növbəti ağacəkmə iməciliyi keçirmişlər.
   Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin iştirakı ilə keçirilən tədbirdə çoxsaylı rayon gəncləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri tərəfindən ərazidəki Taxta Körpü qəsəbəsindəki Heydər Əliyev prospekti boyunca 750 ədəddən çox həmişəyaşıl və digər növ ağaclar əkmişlər.
     Keçirilən ağacəkmə hər bir iştirakçıda yüksək əhval-ruhiyyə yaratmaqla qəsəbə sakinləri tərəfindən də razılıqla qarşılanmışdır.

Keçidlər