Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı köçkünlərlə növbəti görüşü Bakı şəhərinin Xətai rayonunda keçirilmişdir

16 fevral 2018 | 16:00

       16.02.2018-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bakı şəhəri Xətai rayonunun  “Elektrotok” yaşayış massivində müvəqqəti məskunlaşmış laçınlı köçkünlərlə, həmin ərazidəki Kamallı kənd tam orta məktəbində görüşü - səyyar qəbulu keçirilmişdir.
       Görüşdə Laçın Rayonu İcra Hakimiyyətinin  başçısı Aqil Nəzərli çıxış edərək, ölkəmizdə və rayonda görülən işlərdən danışmış,  Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi  altında düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə əhalinin qayıtması bütün məcburi köçkünlərdə yüksək əhval-ruhiyyə yaratdığını və bunun “Böyük Qayıdış”ın təməli olduğunu, növbəti bərpa işlərinin Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunacaq torpaqlarımızda  həyata keçiriləcəyinə əminliyini bildirmişdir.
40 nəfərin iştirak etdiyi görüş başa çatdıqdan sonra məcburi köçkünlərlə səyyar qəbul təşkil edilmişdir. Həmin qəbulda 2 nəfər müraciət etmiş,  dinlənilmiş müraciətlərə baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
        Daha sonra Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqi Nəzərli Laçın rayonu Kamallı kənd tam orta məktəbinin fəaliyyəti ilə yaxından maraqlanmış,  RayonTəhsil Şöbəsinin müdiri Nicat Həsənov məktəbin fəaliyyət barədə rayon rəhbərinə ətraflıməlumat vermişdir.
        Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər