Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir

26 fevral 2018 | 16:00

        Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında tərtib edilmiş tədbirlər planına uyğun olaraq fevral ayı ərzində rayonun idarə-müəssisə, icra nümayəndəlikləri və ümumtəhsil məktəblərində tədbirlər keçirilmiş, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlərin nümayişi təşkil edilmiş, rayonun bütün tədris müəssisələrində Xocalı faciəsinə həsr edilmiş xüsusi dərslərin keçirilməsi təmin olunmuşdur.
        26 fevral 2018-ci il tarixdə  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi rayonu Taxta körpü ərazisində fəaliyyət göstərən idarə-müəssisə, məktəb kollektivləri  və çoxsaylı rayon sakinlərinin  iştirakı ilə “Şəhidlərin xatirə kompleksi” qarşısında geniş ümumrayon mərasimi keçirilmişdir. Əvvəlcə XX əsrin ən ağır faciəsi kimi tarixə düşən Xocalı soyqırımı zamanı şəhid olan bütün soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, “Şəhidlərin xatirə kompleksi” ziyarət olunaraq, abidə önünə əklil qoyulmaqla tər qərənfillər düzülmüşdür. Mərasimdə Xocalı faciəsinin baş verdiyi tarixi məqama nəzər salınaraq, ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilmiş bu vəhşiliyin təkcə azərbaycanlılara qarşı deyil eyni zamanda bütün insanlığa  qarşı törədilən qatı cinayət olduğu bildirilərək, bu dəhşətli faciəyə real qiymətinin Ulu öndər Heydər Əliyev tərəfindən verilməklə, qətliamın dünya ictimaiyyətinə çatdırılmasına başlandığı, bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu missiyanın uğurla davam etdirilməklə faciənin dünyanın onlarla ölkəsində soyqırımı kimi tanımasına nail olunduğu bildirilmişdir. Eyni zamanda mərasimdə yağı düşmən tapdağı altındakı torpaqlarımızın azad edilməsi istiqamətində görülən işlərdən danışılaraq hər bir azərbaycanlı vətəndaşının narahat şəhid ruhları qarşısında borclu olmaqla hər an mübarizəyə hazır olmaları xüsusi ilə qeyd edilmişdir.
        Mərasimində faciəni öz gözləri ilə görmüş rayon sakinləri o qanlı gecəni erməni faşizminə qarşı nifrətlə xatırlayaraq həmin hadisəni heç zaman yadaşlardan silinmədiyini, bu hadisələrin bir daha təkrarlanmaması üçün ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək, hər bir ailədə xüsusilə gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsini vurğulamışlar.

 

Keçidlər