Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilmişdir.

07 mart 2018 | 16:00

         7 mart 2018-ci il tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir. Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında rayon qadınları ilə keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tədbirdə iştirak edən qadınları, onların timsalında bütün rayon qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmiş, onlara ailə səadəti, Azərbaycanımızın çiçəklənməsi naminə yorulmaz fəaliyyətlərində uğurlar arzulamışdır.
        Əsası Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan qadınlarına olan diqqət və qayğının bu gün də Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışan rayon rəhbəri Azərbaycan Respublikasının Prezidentinin 1 mart 2018-ci il tarixli müvafiq Sərəncamı ilə 28 nömrəli Laçın tam orta məktəbinin müəllimi Quliyeva Nəzifə Halay qızına 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə “Əməkdar müəllim” fəxri adının verilməsinin əslində Laçın rayonundan olan bütün qadınlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildirmişdir.
      Tədbirdə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş 28 nömrəli Laçın tam orta məktəbinin müəllimi Quliyeva Nəzifə Halay qızına Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən “Əməkdar müəllim” fəxri adı vəsiqəsi və döş nişanı təqdim olunmuşdur. Eyni zamanda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup qadına Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər