Şriftin ölçüsü :

Saytın rəngi :

ABŞ-ın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili William Gill və mətbuat katibi Ray Nayler Laçın rayonunun Çıraqlı kənd tam orta məktəbinin kollektivi ilə görüşmüşdür.

08 iyun 2018 | 16:00

     2018-ci il 8 iyun tarixdə ABŞ-ın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili William Gill və mətbuat katibi Ray Nayler Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində fəaliyyət göstərən Laçın rayonunun Çıraqlı kənd tam orta məktəbində olmuş, məktəbin kollektivi ilə görüşmüşlər.
   Qonaqları Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşı İsaq Məmmədov və Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov qarşılamış, qonaqlara məktəblilər tərəfindən tər gül dəstələri təqdim olunmuşdur.
Əvvəlcə qonaqlar məktəbin sinif otaqlarına və kitabxanasına baxmış, “Amerika rəfi” proqramı çərçivəsində  məktəb kitabxanasına kitablar toplusu hədiyyə etmişlər. Sonra ABŞ-ın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili William Gill məktəbin kollektivi qarşısında çıxış etmişdir. Daha sonra məktəblilər tərəfindən mahnılar oxunmuş və səhnəciklər göstərilmişdir.
    Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavbalandırılmış, məktəb kollektivi onlara yaradılan bu şəraitə görə ABŞ-ın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili William Gillə və mətbuat katibi Ray Naylerə öz təşəkkürlərini bildirmişlər.
      Yekunda məktəb kollektivi ilə xatirə şəkli çəkilmişdir.

Keçidlər