Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə tədbir keçirilmişdir.

10 may 2019 | 16:00

   2019-cu il 10 may tarixdə tarixdə laçınlı məcburi köçkünlərin  müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilmişdir. Əvvəlcə   çoxsaylı rayon  ictimaiyyəti nümayəndələri, qəsəbə sakinləri tərəfindən  Laçın Rayon İcra Hakimiyyətinin qarşısında  Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış büstü ziyarət olunaraq, önünə  gül dəstələri düzülmüşdür. Daha sonra tədbir Laçın Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilmişdir.
   Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli giriş nitqində  Ulu öndərin keçdiyi şərəfli həyat yolundan və  çoxşaxəli fəaliyyətindən danışaraq, məhz dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini, Ulu öndərin hakimiyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıldığını bildirmişdir.
   Sonra tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini – Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının sədri İlqar İlyasovun   Ümummilli lider Heydər Əliyevin zəngin və şərəfli ömür yolunu əks etdirən geniş məruzəsi, həmin məruzə ətrafında çıxışlar dinlənilmişdir. Məruzə və çıxışlarda əvəzedilməz Heydər Əliyev strategiyasının Müstəqil Azərbaycanın inkişaf yolu olacağına əminlik  vurğulanmaqla, bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi  bildirilmişdir.
   Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Laçın Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, məktəblilər və gənclər arasında  keçirilən bilik yarışının, futbol və voleybol yarışlarının qaliblərinə kubok, fəxri fərman və qiymətli hədiyyələr  təqdim olunmuşdur.
Sonda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət” filminə tamaşa edilmişdir.

Keçidlər