Şriftin ölçüsü :

Saytın rəngi :

2 İyul - Polis işçilərinin peşə bayramı günü qeyd olundu

02 iyul 2019 | 16:00

    2019-cu il 2 iyul tarixdə  Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində 2 İyul - Polis işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilmişdir.
    Tədbir iştirakçıları Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad etdikdən sonra Taxta Körpü qəsəbəsindəki Laçın Rayon Polis şöbəsinin şəhidlərinin xatirəsinə ucaldılmış xatirə kompleksini ziyarət etmişlər.
      Rayonun şəhid ailələrinin də qatıldığı tədbiri Laçın Rayonu İcra Hakimiyyəti başçısının müavini İlqar İlyasov açaraq, bu sahədə çalışan hər bir kəsi Azərbaycan polisinin yaradılmasının 101 illiyi, eyni zamanda 2 iyul - Polis işçilərinin peşə bayramı günü münasibətilə təbrik etmişdir. Natiq bildirmişdir ki, Ümummilli  liderimiz Heydər Əliyev daim xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edən, asayişin və təhlükəsizliyin mühafizəsini təmin edən, sabitliyi və əmin-amanlığı qoruyan, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirən Azərbaycan Polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olmuşdur. Məhz bu sahəyə olan diqqətin nəticəsidir ki,  Ümummilli Lider  Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı Fərmanla hər il iyul ayının 2-si "Azərbaycan Polisi Günü" kimi qeyd olunur. Bu diqqət və qayğı bu gün də Ulu Öndərin layiqli davamçısı olan, Prezidentimiz İlham Əliyev tərəfindən uğurla  davam etdirilir.
Tədbirdə Laçın Rayon Polis şöbəsinin rəisi Adil Əsədov çıxış edərək, bu gün hər bir vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə  yerinə yetirən   Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarını 2 İyul - Polis işçilərinin peşə bayramı günü münasibəti ilə təbrik etmiş, bütün polislərə ən xoş arzularla öz təbriklərini çatdırmışdır.
     Çıxış zamanı həmçinin vurğulanmışdır ki, onlar üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcək, dövlətimiz və dövlətçiliyimiz üçün əllərindən gələni əsirgəməyəcəklər.

Keçidlər