Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində iməcilik keçirilmişdir

06 iyul 2019 | 16:00

     Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının təşkilatçılığı ilə laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində, həmçinin   idarə, müəssisə və təşkilatlarının ətrafında,  küçə, meydan və parklarda 2019-ci il 06 iyul tarixdə növbəti iməcilik keçirilmiş, görülmüş təmizlik və abadlıq işləri əraziyə daha yaxşı görkəm vermişdir.
    Rayonun idarə, müəssisə, təşkilat kollektivlərinin və qəsəbə sakinlərinin iştirakı ilə keçirilən iməcilik zamanı inzibati binaların ətrafında, küçə, meydan və parklarda təmizlik işləri aparılmaqla, ətrafları yabanı alaq bitkilərindən  təmizlənmiş, məişət tullantılarının yığılaraq texnikalarla daşınması təşkil edilmişdir.
        Ərazidə aparılan təmizlik işləri,  yaradılmış səliqə-sahman  sakinlər  tərəfindən razılıqla qarşılanmışdır.

Keçidlər