Laçın rayon Gənclər və idman idarəsi iki ştat vahidi ilə 1995-ci ildən fəaliyyət göstərir. İdarənin rəisi Mustafayev Natiq Məhyəddin oğludur.
Rayon Gənclər və İdman idarəsinin nəzdində ictimai əsaslarla 5 idman klubu fəaliyyət göstərir.
Rayon Gənclər və idman idarəsi rayonda fəaliyyət göstərən Təhsil müəssisələri, Uşaq Gənclər İdman məktəbi, Uşaq Gənclər Şahmat məktəbi, Uşaq və Texniki Yaradıcılıq Mərkəzləri, Musiqi məktəbləri, o cümlədən Boks, Kikboksinq,Cudo, Taekvondo və Yunan-Roma güləşi klubları ilə birlikdə uşaq, yeniyetmə və gənclərlə iş apararaq, onlara diqqət və qayğının göstərilməsi, istedadlı gənclərin aşkarlanması və istedadlarının daha da inkişaf etdirilməsi, böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və s. istiqamətində tədbirlər həyata keçirir.
Laçın rayonu üzrə idman sahəsində yüksək nailiyyətlər əldə etmiş gənclər haqqında
M ə l u m a t
№ |
Soyadı, adı, atasının adı |
Təvəllüdü və doğulduğu yer |
Məşğul olduğu idman növü |
Qazandığı nəaliyyətlər |
1 |
Quliyev Vilayət Abış oğlu- İdman ustası, 3-cü dan qara kəmər sahibi |
1975 Alxaslı kəndi |
Pankration-Sambo |
Dünya çempionu, Dünya kubokunun sahibi, Zaqafqaziya çempionu, Qızıl kəmər çempionatı-I yer, WKF Karate-do üzrə Prezident kuboku- I yer |
2 |
Cıraqov Bəhruz Həsən oğlu- 1-ci dan qara kəmər sahibi, “Məhəmmədəli” Kinq-boksinq klubunun sədri |
1981 Çıraqlı kəndi |
Kiq-boksinq, Boks Şaulin-Sanda |
Dünya çempionu, Avrasiya çempionu, Qızıl kəmər çempionatı-I yer Dünya çempionu |
3 |
Baxışov Anar Adışirin oğlu- İdman ustası, “Laçın” Kinq-boksinq klubunun sədri |
1979 Güləbird kəndi |
Kiq-boksinq, Boks |
Azərbaycan cempionu, Dünya və Avropa çempionatının iştirakçısı |
4 |
Bəhrəmov Şümşad Vahid oğlu- İdman ustası, “Laçın” Cüdo klubunun sədri |
1981 Güləbird kəndi |
Cüdo | Dünya və Avropa çempionatının mükafatçısı, Dünya kubokunun sahibi, Cüdo üzrə Hərbiçiləri Dünya Olimpiadasında III yer |
5 |
Salahov Elməddin Ağamusa oğlu- 3-cü dan qara kəmər sahibi |
1982 Daşlı kəndi |
Kyokşin-kaykan |
Dünya çempionu, Zaqafqaziya çempionu |
6 | Şükürov Səbuhi Rasim oğlu 1-ci dan qara kəmər sahibi | 1984 Picənis kəndi | Karate | Avropa çempionu Beynəlxalq turnirlərin qalibi, Azərbaycan cempionu 2015-ci ildə Dünya çempionu |
7 | Xəlilova Nəzakət İbad qızı | 1994 Əhmədli kəndi | Sambo | 2015 Avropa Oyunlarının gümüş mükafatçısı |
Rayon gəncləri müxtəlif mahnı, ser, rəsm və digər müsabiqələrdə iştirak etmiş və uğurlu nəticələr qazanmışlar.
· 2006 və 2007-ci ildə Respublika Yaradıcılıq Festivalı Müsabiqənin şer sənəti üzrə Laçın şəhər sakini Dadaşova Gülnar Yusif qızı Respublika mərhələlərinin qalibi adını qazanmış, Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər” mükafatına layiq görülmüşdür.
· 2009-cu ildə isə gənc yazarlar (şer) müsabiqəsində Mişni kənd sakini Qarayev Elmir Elşad oğlu və rəsm sənəti növü üzrə isə Qorçu kənd sakini Qədimalıyev Hafiz Adəm oğlu “Gənclər” mükafatına layiq görülərək Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılmışlar.
· 2012-ci ildə “9 noyabr Bayraq günü”nə həsr olunmuş “Bayrağımız Milli qürurumuzdur” mövzusunda keçirilən Respublika rəsm müsabiqəsində Əliyeva Selcan Bəhmən qızı I yerə layiq görülmüşdür.
· 2013-cü ildə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 90 illik münasibəti ilə Təhsil Nazirliyi tərəfindən keçirilən Respublika rəsm müsabiqəsində Əliyeva Selcan Bəhmən qızı I yerə layiq görülmüşdür.
· 2013-cü ildə “9 noyabr Bayraq günü”nə həsr olunmuş “Bayrağımız Milli qürurumuzdur” mövzusunda keçirilən Respublika rəsm müsabiqəsində Cəfərov Nicat Kamil oğlu I yerə layiq görülmüşdür
· 2014-cü ildə “Mənim Azərbaycanim” Ümumrespublika Festivalının qalibi (Axundov Pərviz Eynulla, Qurbanov Sahil Habil, Qurbanov Pərviz Pənah, Abbasov Elşad Saday oğlu)
· 2014-cü ildə Yeniyetmələr arasında “Xəmsə”Milli İntellektual Oyunu üzrə Respublika çempionatının zona mərhələsində rayonun 31№-li məktəbin komandası I yeri tutaraq çempionatın final mərhələsinə vəsiqə qazanmışdır. Final mərhələsində isə ümumilikdə 822 komanda arasında 8 yeri tutmuşdur.
· 2015-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkiliyinin(Ombudsman) yaradılması ilə bağlı Təhsil Nazirliyi ilə birgə “Mən və hüquqlarım”mövzusunda keçirilən rəsm müsabiqəsində Uşaq Yaradıcılıq Mərkəzinin Rəsm və dekerativ tətbiqi sənət dərnəyinin üzvü Muradxanlı Aytən Aydın qızı I yerə layiq görülmüşdür.